İlahiyyat İnstitutuna yeni bina verildi

463
 "Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib. Hazırda həmin binada təmir işləri həyata keçirilir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: "Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.
M.Qurbanlı deyib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: "Hazırda isə Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər iki qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.(apa)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər