Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında görüş başlayıb.
BakuPost xəbər verir ki, görüş Minskdəki Müstəqillik Sarayında keçirilir.
Tərəflər arasında təkbətək və daha sonra Azərbaycan nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.
Sonda bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.