Müğənni, biznes-ledi Ruhinin
(Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Sənətçinin uşaqlarının
atası, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı
oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.
1 milyonluq ev, "Lexus” və...
BakiPost.az-ın məlumatına görə,
keçmiş cütlüklərin ulduzu yenidən qoşalaşıb və
küsülülüyə son qoyulub.
Deyilənə görə, bu barışıq Ruhi və
uşaqları üçün düşərli olub. Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı,
onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər
verilir.
Bu mənzillərə təxminən 1 milyon pul
xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model
"Lexus” markalı avtomobil hədiyyə etdiyi bildirilir.
Yada salaq ki, onlar uzun müddət vətəndaş
nikahında yaşayıblar və sonradan ayrılıblar. Bunun səbəbləri barədə bir qədər
sonra...
Tərəflərin barışmasına gəlincə,
Ruhi BakiPost.az-a bununla bağlı açıqlama vermək istəməyib.
Uşaqlar heç vaxt görmədikləri atanı
necə tanıdılar?
Oxucularımızın bəzilərinə bəlli
olduğu kimi, müğənni ilə milyarderin münasibətlərinin qurulması və onların
ayrılmasının çox maraqlı tarixçəsi var.
Əvvəla İ.Rəhimovla R.Əliyeva həmyerlidirlər.
Müğənni 1977-ci il, martın 8-də Tovuzun Aşağıeyyublu kəndində dünyaya göz açıb.
Yeri gəlmişkən, münasibətlərinin
olduğu illərdə hər 8 mart Ruhi üçün xüsusi keçirmiş. Həm doğum günü, həm
xanımlar günü münasibəti ilə Putinin dostu Ruhini ən bahalı hədiyyələrə qərq
edirmiş...
İ.Rəhimov özü isə 1951-ci il,
yanvarın 14-də Tovuzda doğulub. Onların arasında 26 yaş fərqi var.
Görüş belə baş tutub...
BakiPost.az ata İlham Rəhimovun
doğulandan bəri üzlərini görmədiyi 6 yaşlı oğulları ilə ilk görüşü barədə
olduqca maraqlı məlumatlar öyrənib. Məlum olub ki, bir müddət əvvəl İ.Rəhimovun
qohumlarından biri hansısa məclisdə uşaqları görür və onların şəklini çəkərək professora
çatdırır. İ.Rəhimov fotoları görər-görməz heyrətlənir, professor uşaqların ona
həddindən artıq çox oxşadığını deyir.
Guya, elə məhz bu nüans onu
yumşaldıb, necə deyərlər, ürəyinin "sarı simi”nə toxunub. Odur ki, bu hadisədən
sonra Ruhidən uşaqları onunla görüşdürməsini xahiş edir.
Və... bu görüş baş tutur. Görüşdə əkizlər atalarını dərhal tanıyırlar. Bu, onların hər gün şəklini gördüyü adamdır...
Bundan sonra uşaqlarla görüş intensiv
xarakter alır. Bu əsnada yaranmış fürsət Ruhi ilə İ.Rəhimovun əlaqələrini yeni
məcraya yönəldir və onlar barışmağa qərar verirlər. Davamında isə professor
uşaqları himayəsinə götürmək qərarına gəlir.
İndi onların bir ailə şəklində
yaşayıb-yaşamadığı haqda müfəssəl məlumat olmasa da, tez-tez görüşdükləri xəbər
verilir.
Bu ayrılıq nədən oldu? - Dosye
İ.Rəhimovla Ruhi uzun müddət vətəndaş
nikahında yaşayıblar. Böyük sərvət, bahalı həyat, dünyanın ən füsünkar guşələrinə
səyahət... və s.
Ancaq bütün bu dəbdəbəli, lüks həyat
tərzi müğənni ilə milyarderi heç cür tam şəkildə xoşbəxt edə bilmir. Səbəb
cütlüklərin övladlarının olmamasıdır.
Qaynağımız bildirir ki, cütlük
övlad sahibi olmaq üçün dünyanın hər yerində şəfa axtarır. Hər dəfə də ümidsiz,
üzücü xəbərlər alırlar.
Lakin padşahın nağıllarında olduğu
kimi, illər sonra gözlənilmədən Ruhi hamilə qalır. Bu xəbər onları şoka salmaya
bilməzdi.
Amma elə gözlənilmədən də Ruhi bu
şad xəbərin mükafatını ala bilmir. Cəmi iki ay sonra müğənni ilə milyarderin
yolları ayrılır.
Qeyri-müəyyən səbəbdən İ.Rəhimov
Ruhinin hamiləliyinə inanmır.
Hətta onlar ayrılandan sonra
professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda
Ruhinin uşağa qalmasının mümkün olmadığı
bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan
dünyaya gətirir.
Həmin ərəfədə İ.Rəhimovun onu tək
qoyması, Ruhiyə qarşı hətta düşmən mövqeyində dayanması, bu azmış kimi, o
dövrün ciddi siyasi fiqurlarından olan deputat Rəbiyyət Aslanova ilə rəsmən evlənməsi
müğənnini çox ciddi çətinliklərlə üzləşdirir.
Mətbuatda gedən yazılar, ətrafın
münasibətindən o, həyatının və doğulacaq körpələrinin təhlükədə olduğu qənaətinə
gəlir. Buna görə də Türkiyəyə gedərək, heç kimin bilmədiyi bir ünvanda yaşayır
və uşaqlarını orada dünyaya gətirir.
Təbii ki, dövrün ciddi siyasi
qanadlarından birində təmsil olunan R.Aslanova və Kremldə ən yüksək əlaqələrə
malik İ.Rəhimov qarşısında, onların gözlənilən təzyiq və təhdidləri önündə bir
müğənninin tab gətirməsi absurd olardı. Ona görə də İ.Rəhimovun onun hamiləliyinə
inanmadığı halda, Türkiyəyə gedərək orada əkizləri doğur.
Ən maraqlısı isə belə bir məqamda
müğənninin uşaqlarına ata babalarının adını qoymasıdır.
Belə ki, İ.Rəhimovun atasının adı Məhəmmədhəsən
olub və hazırda əkizlərdən biri Məhəmməd, digəri Həsən adını daşıyır. Hətta
cütlüklərin ayrılmasına baxmayaraq, uşaqlar gözünü açandan heç vaxt görmədikləri
atalarını tanıyıblar.
Bunun üçün Ruhi qəribə bir jest
edib. O, uşaqların otağına İ.Rəhimovun portretini asıb və onlara bu insanın kim
olduğunu izah edib. Ona görə də uşaqları ataları ilə 6 yaşlarında ilk dəfə
görüşəndə onu dərhal tanıyıblar...
Rəbiyyət Aslanova ilə siyasi
nikahın sirri
Bir daha qeyd edək ki, belə bir çətin
vəziyyətdə - hamilə olduğu halda milyarderin gənc, gözəl qadını atıb getməsinə,
66 yaşlı R.Aslanova ilə evlənməsinə baxmayaraq, Ruhi bu günə qədər uşaqlarının
atası kimi professoru təqdim edib.
Ancaq bu işdə ən müəmmalı və sirr pərdəsi
hələ də açılmayan məqam İ.Rəhimovun R.Aslanova ilə niyə evlənib, niyə tez bir
zamanda boşanmasıdır.
Bəli, belə ehtimallar var idi ki,
onların ailə qurması sırf siyasi addımdır. Yəni, Putinin dostu oğlu Prezident
Administrasiyasında şöbə müdiri olan R.Aslanova ilə siyasi məqsədlərə çatmaq
üçün evlənir.
Amma çox keçmədi ki, Nurçu
qalmaqalı işində "vurulan” Elnur Aslanov vəzifədən getdi və ümumilikdə
Aslanovlar çökdü və... həm də İ.Rəhimov Aslanovlarla vidalaşdı.
Amma hələ də mübhəm olaraq qalır
ki, İ.Rəhimov R.Aslanova ilə evlilikdə hansı siyasi amallarına çatmaq istəyirmiş.
Varislərin savaşı
İndisə İ.Rəhimov təzədən Ruhiyə
qayıdıb, uşaqlarını himayəsinə götürüb. Amma gələn informasiyalar deməyə əsas
verir ki, bu vüsal çütlüyə yenə də tam xoşbəxtlik vəd etmir. Çünki ortada yeni
bir konflikt ocağı yaranmaqdadır. Məsələ varislik uğrunda savaşdan gedir.
Milyarderin birinci ailəsindən iki qızı var və İ.Rəhimovun varidatının hazırda
varisləridir.
Ruhidən olan əkiz oğlanlar isə hələlik
rəsmi şəkildə atalıq himayəsinə götürülməyib, əgər bu, baş verərsə, o halda milyarderin
mirası üstündə həngamə qopacağı, varislik mübahisəsinin yaranacağı istisna
edilmir.
Baxmayaraq ki, hələlik tərəflər
arasında isti münasibətlər hökm sürür: varis qızlar Məhəmməd və Həsən kimi
uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər
qururlar. Ancaq həmin o şirin "kuklalar” rəsmi övladlığa götürüləndə, yəni
varis olanda bu oyunun necə davam edəcəyini proqnozlaşdırmaq çox da çətin
deyil...
Bakı Post
Salam Ruhi xanım , sizi sevirik, mən təhsil haqqını ödəyə bilmədiyim üçün təhsilimi dondurmaq məcburiyyətində qaldım amma o diplom mənə necə lazımdı ,yaşimin gec vaxtlarında çox həvəslə hazırlaşıb kollecə daxil oldum amma ödənişliyə düşdüm, məndən köməyiniz əsirgəməyin????
Salam Ruhi xanım mən Qasımov Amin Akif oğlu Tovuz Rayonu Düz cırdanan kəndi qalıram və sizdən xayış edirəm bir tovuzlu balası kimi mənə köməklik edə bilərsiz çox xayış. Edirəm sizdən
Xahis edirem ruhi xanim bu pandemiyada desdeu olun usagin mekteb pulunda odeye bilmirem