Ru
13:11 / 16 İyul 2019

Çimərlikdə boğulub ölən ikinci şəxsin də meyiti tapıldı - YENİLƏNİB

1886

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***

Bakıda iki nəfər dənizdə boğulub.


Hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib.


Bilgəh qəsəbəsi, 12-ci dalan nömrəsiz evdə yaşayan, 1998-ci il təvəllüdlü Qasımzadə Tağı Natiq oğlu və Nəsimi rayonu, 28 may küçəsi, ev 15, mənzil 11-də yaşayan Rəsulzadə İlham Tofiq oğlu dənizdə çimərkən boğulublar. Xilasedicilərin səyi nəticəsində T.Qasımzadə xilas edilsə də, İ.Rəsulzadənin meyitinin axtarışları davam etdirilir.

(trend)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər