Ru
11:17 / 11 İyul 2019

Çimərlikdə xilasetmə işçisini döydülər

1724
 

Zaqulba çimərliyində xilasetmə qrupunun əməkdaşı döyülüb. 


Bakupost.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Mehdiyev Ramil Şahvələd oğlu çimərlik ərazisində təyin edilməmiş yerdə dənizə girmək istəyən şəxslərə xəbərdarlıq edib. Tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər R.Mehdiyevi döyərək xəsarət yetiriblər.


Yaralı xəstəxanaya aparılıb. Sağ biləyindən və qolundan xəsarət alan R.Mehdiyevə ilkin tibbi yardım göstərilib. 


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər