Ru
11:55 / 27 İyun 2019

Ticarət müharibəsinə son Çin ABŞ-la barışdı -

1699
Çin və ABŞ ticarət müharibəsində sülh elan edərək üçün müvəqqəti olaraq razılığa gəliblər.


BakuPost xəbər verir ki, Çin və ABŞ ticarət savaşında atəşkəs elan etmək qərarına gəliblər.

ABŞ və Çin danışıqları bərpa etmək və mübahisəni həll etmək eyni zamanda aralarındakı ticarət müharibəsinə son qoymaq üçün razılıq əldə ediblər. Bu barışıq Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 sammitində baş tutacaq.


 

Bu məqsədlə  Çin prezidenti Si Szinpin və ABŞ lideri Tramp  iki ölkə arasında müqavilənin  detallarını müzakirə etmək üçün Yaponiyanın Osaka şəhərində görüşəcək.



 Bu barədə Çinin məşhur "South China Morning Post" qazeti məlumat yayıb.



Etibarlı mənbədən əldə olunan məlumata görə, Tramp Çin ilə ticarət dövriyyəsindəki tariflərin qiymətini artırmamaq qərarına gəlib. Digər bir mənbə isə Trampın bu qərarını dəyişə biləcəyini açıqlayıb.


Ülviyyə Mirzəyeva

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər