"İndoneziya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək" - Səfir

  • 20:44
  • 637 Baxış

"İndoneziya Azərbaycanı bütün məsələlərdə dəstəkləyir".



BakuPost-un
məlumatına görə, bunu media nümayəndələri ilə görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib.



Səfir qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyib və dəstəkləyəcək: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və məsələnin sülh yolu ilə həllini istəyir. İndoneziya hər zaman bu məsələdə Azərbaycanın yanında olacaq".