Ru
13:58 / 01 Noyabr 2016

“İnək saxlamaq üçün ingilis-rus dilini bilməlisən” - Rəsmi qurum şəhid atalarını şoka saldı

“İnək saxlamaq üçün ingilis-rus dilini bilməlisən” -  Rəsmi qurum şəhid atalarını şoka saldı
9381


Dövlət Məşğulluq Xidməti kənd təsərrüfatı ilə məşğul olmaq üçün qurumdan yardım istəyən şəhid atalarına şok cavab verib.

 

Bu barədə BakiPost.az-a aprelin 2-də Seysulan istiqamətində şəhid olmuş Nazim Zəkəryayevin atası Nadir Zəkəryayev məlumat verib. Onun sözlərinə görə, əkin-biçinlə məşğul olmaq üçün torpaq sahəsi almaq məqsədilə bir neçə dəfə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib. İH bu işlərlə bələdiyyənin məşğul olduğunu əsas gətirərək, şəhid atasını aidiyyəti quruma yönəldib. N. Zəkəryayevin buradan aldığı cavab da fərqli olmayıb. "Əli hər iki yerdən üzüləndən sonra başqa harasa müraciət etməyə utandım. Fikirləşdim ki, deyərlər, oğlu ölüb, hüququndan istifadə edir, qanı əvəzi tələb edir. Oğlumun ruhuna hörmət olaraq daha bu istəyimdən əl çəkdim. Onsuz da kimsə eşitməyəcək deyə, daha qapılara getməkdən yoruldum, çəkilib oturdum kasıb komamda”, deyə şəhid atası bildirib. 



Bu yaxınlarda isə Şamaxı rayon Məşğulluq Mərkəzindən N.Zəkəryayevə və digər aprel şəhidlərinin ailələrinə müraciət ünvanlanıb. Müraciətdə ailələrə yardım təklif olunub və lazımi sənədlər yığılıb. Daha sonra isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları rayona yollanaraq təsərrüfatla məşğul olmaq istəyən şəxslərlə söhbət edib. Söhbətin sonunda səlahiyyətli şəxsin şəhid atasına dedikləri onu sözün əsl mənasında şoka salıb: "Mənə dedi ki, sənin müasir tövlələrin yoxdur, özün də ingilis və rus dilini bilmədiyindən, həyətində isə 1 dana olduğundan Məşğulluq İdarəsi sənə yardım edə bilməz. Bizim qurumun imtiyazlarından istifadə etmək, heyvanlara qulluq etmək üçün mütləq ingilis-rus dilini bilməlisən”.



Nadir Zəkəryayev bildirib ki, eyni əhvalat digər şəhid Elşən Səmədovun atası Səlim Səmədovun da başına gəlib: "Mənim heç zaman elə pulum olmayıb ki, oğlumu göndərib İngiltərədə, Almaniyada təhsil verim. Özümün də ailənin yükünü çəkməkdən baş açıb başqa dil öyrənməyə vaxtım və imkanım olmayıb. Nə bilim vallah, bəlkə dünya dəyişib, indi heyvanlara da dil kursu keçirlər. Mən çoxlarından fərqli olaraq övladlarıma Vətəni sevməyi öyrətmişəm. Həmin övladımlarımın ilki də Vətən uğrunda şəhid olmağı, bu Vətənə qurban getməyi bacarıb. Bizim əlimizdən ancaq bu gəlir”.

 

Nigar ETİBAR

Bakı Post

 



“İnək saxlamaq üçün ingilis-rus dilini bilməlisən” -  Rəsmi qurum şəhid atalarını şoka saldı
“İnək saxlamaq üçün ingilis-rus dilini bilməlisən” -  Rəsmi qurum şəhid atalarını şoka saldı
“İnək saxlamaq üçün ingilis-rus dilini bilməlisən” -  Rəsmi qurum şəhid atalarını şoka saldı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar