Ru
20:57 / 24 Aprel 2025

İnsulin almaq üçün gedən şəxs aptekdə dünyasını dəyişdi -VİDEO

İnsulin almaq üçün gedən şəxs aptekdə dünyasını dəyişdi -VİDEO
Eye

Aptekə dərman almağa getmişdi, elə oradaca vəfat etdi.

Bakupost.az Xezerxeber.az -a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qaraqarayev prospektində yerləşən apteklərin birində baş verib.

Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədovadır. İlkin məlumata görə, mərhum şəkər və təyziqdən əziyyət çəkirmiş və mütəmadi olaraq müalicə alırmış.

Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.

TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.

Hazırda faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar