"İnterpol" daha bir azərbaycanlını axtarır

  • 22:33
  • 599 Baxış

"İnterpol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.



BakuPost "Trend"ə istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.



İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.



Nəticədə, onun barəsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.



İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.