Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:44 / 04 May 2022

İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır - FOTO

16384

Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.



Bakupost.az avtosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.


Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.


Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.







Şərhlər
  • t.ədalət

    Özünü fəda etməyə çalışanlar da qazilər kimidir.Qazilər,əsasən Vətənin xilası uğrunda döyüşür.İnsan da vətənin parçasıdır.Onun həyatını xilas etmək,bunun üçün öz həyatını təhlükəyə atmaq,ancaq və ancaq qazilikdir!Tanrı köməyi olsun!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar