Ru
11:14 / 18 Avqust 2019

İqbal Məmmədov nazirlik əməkdaşlarını döydürdü - Deputat barədə şok iddialar

7372
Milli Məclisin deputatı İqbal Məmmədovun Vergilər Nazirliyinin əməkdaşlarıni döydürməsi barədə məlumat yayılıb.

 

 

BakuPost xəbər verir ki, məlumatı iqtisadçı-ekspert Qulu İbrahimli özünün "Facebook” hesabında yayıb. O, iddia edib ki, İqbal Məmmədov ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdürüb: "İqbal Məmmədov "Relax”a gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar. Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər var. Sabah ətraflı bəhs edəcəyəm. Hadisəni gizlətmək mümkün deyil. Bu dəfə deputat toxunulmazlığı İqbala kömək etməməlidir”.

 

 

Deputatın mövqeyini də dərc etməyə hazırıq…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər