Ru
21:14 / 19 İyul 2022

"İran-Ermənistan sərhədi bağlansa..." - Xameneidən sərt bəyanat

"İran-Ermənistan sərhədi bağlansa..." - Xameneidən sərt bəyanat
Eye

Xəbər verdiyimiz kimi, bu gün İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.


İranın Türkiyənin sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi gördüyünü vurğulayan Ayətullah Xamenei Ərdoğana "Suriyanın təhlükəsizliyini də öz təhlükəsizliyiniz kimi qəbul etməlisiniz. Suriya məsələləri danışıqlar yolu ilə həll olunmalıdır. İran, Türkiyə, Suriya və Rusiya bu məsələyə dialoq yolu ilə son qoymalıdır” deyib.


O, həmçinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: "Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”.


Xamenei İran və Türkiyə arasında bütün regional məsələlərdə əməkdaşlığın gücləndirilməsini faydalı və zəruri hesab edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar