Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib.
İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boeing” sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb.
“Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub.
Təyyarədəki 176 nəfərin hamısı ölüb.