Ru
20:54 / 26 İyun 2019

İran uranın zənginləşdirilməsini sürətləndirəcək

2378
İran iyunun 27-dən sonra uranın zənginləşdirilməsini sürətləndirəcək. BakuPost.az-ın  "Report"a istinadən məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib. Onun sözlərinə görə, zənginləşdirilmiş uran ehtiyatları əhəmiyyətli dərəcədə artıb və iyunun 27-də 300 kq-dan çox olacaq. İAET nümayəndəsi qeyd edib ki, avropalılar Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərini yerinə yetirə bilmir və ya bunu istəmirlər, lakin Avropanın nüvə sazişini qorumaq üçün hələ də şansı var. Qeyd edək ki, nüvə sazişinə əsasən, İran zənginləşdirilmiş uranın həcmi 300 kq-dan artıq olarsa, artıq hissəni digər ölkələrə ixrac etməlidir. Amma iyunun 17-də İran tərəfi hazırkı vəziyyətdə bu şərtləri yerinə yetirməyə borclu olmadığını, 10 gün sonra isə zənginləşdirilmiş uranla bağlı məhdudiyyətlərin aradan götürüləcəyini açıqlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər