Ru
11:40 / 22 Avqust 2019

İran yeni raketini təqdim etdi

3507
İran öz istehsalı olan "Bavar-373" zenit-raket kompleksini (ZRK) nümayiş etdirib.


TASS-ın verdiyi xəbərə görə, bu barədə ölkə Prezidenti Həsən Ruhaninin Mətbuat xidməti məlumat yayıb.


"Bavar-373" böyük hərəkət radiuslu zenit-raket kompleksi Prezident Həsən Ruhaninin göstərişi ilə ölkənin ən inkişaf etmiş və bənzərsiz müdafiə sistemi olaraq təqdim edilib", - məlumatda deyilir.


"Yeni sistemimiz Rusiyanın "S-400"nün xüsusiyyətlərinə yaxındır", - "Al Mayadeen" telekanalı H.Ruhaninin sözlərindən sitat gətirib.


"Press TV"nin məlumatına görə, ZRK İranın Müdafiə Sənayesi Gününün qeyd olunmasına həsr olunmuş mərasimdə təqdim olunub. 


Tədbirdə ölkə prezidenti ilə yanaşı, müdafiə naziri Əmir Hatəmi və digər yüksək çinli hərbi rəsmilər iştirak ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər