Ru
23:57 / 11 İyul 2019

İrəvandan Türkiyə ilə bağlı gülünc bəyanat

2217
Ermənistan Türkiyənin Şərqi Aralıq dənizindəki enerji axtarışlarından narahatlıq keçirib. BakuPost  xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin 3 gəmisi tərəfindən Cənubi Kiprin müstəsna iqtisadi bölgəsi olan yerdə qazma işlərinin aparılması cəhdlərindən narahat olduqlarını və bunu qınadıqlarını açıqlayıb. "Ankaranın Şərqi Aralıq dənizindəki təşəbbüsləri bölgədə sabitlik və təhlükəsizlik üçün risk yaradır. Kipr və xalqına tam dəstəyimizi ifadə edir, Türkiyəni təşəbbüslərinə son verməyə çağırırıq”, - açıqlamada qeyd olunub. Qeyd edək ki, Türkiyənin enerji axtarışlarından narazı olan cəbhədə ABŞ, Yunanıstan, İsrail, Avropa İttifaqı, Cənubi Kipr və Rusiya yer alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər