Ru
13:06 / 27 İyun 2019

Fəzail Ağamalı xəstə yatağındakı keçmiş naziri tənqid etdi SƏRT

1745

 

Sabiq nazirlərin anormal fəaliyyəti nəticəsində çoxsaylı iş adamı Azərbaycanı tərk etməli oldu və biz indi onların yenidən geri dönərək, ölkə iqtisadiyyatına sərmayə qoymalarına nail olmalıyıq.


Bakupost "Ölkə.az"a istinadən xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.


Deputat Tahir Kərimlinin sahibkarlara şərait yaradılması, qərəzli, qisasçılıq münasibətlərinə son verilərək maliyyə amnistiyası ilə bağlı təklifini dəstəkləyən F. Ağamalı bildirib ki, sabiq Vergilər nazirinin iş adamlarına anormal münasibəti nəticəsində çoxsaylı iş adamı ölkəni tərk etmək zorunda qaldı: 

"Bu məsələ aramızda ciddi müzakirə olunur və bu istiqamətdə söhbət gedir. Yeni vergilər nazirinin fəaliyyəti nəticəsində bu sahədə şəffaflıq yaranıb və fəaliyyətlərini dövlətə sədaqət prinsipi əsasında qurublar. Ona görə də biz ölkəni tərk edən iş adamları geri dəvət etməliyik. Sahibkarlar geri dönərsə, bu əhalinin sosial şəraitinin yaxşılaşmasına da öz müsbət təsirini göstərəcək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər