Ru
11:07 / 19 Noyabr 2018

“İşğal edilmiş torpaqlarda ermənilər narkotik bitkilər becərir” - Əli Həsənov

2393
Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.


BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.


O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir:


"Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər