Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:41 / 11 Oktyabr 2021

İşdən çıxarılan 67 müəllim etiraza qalxdı - Qalmaqallı direktordan Prezidentə şikayət - VİDEO

17720
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir. Bildirilir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib.

Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov isə mətbuata açıqlamasında yayılan məlumatları təkzib edib:

“Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib. Təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir.
Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir”.

Direktorun bu açıqlamasından sonra kollecin 20-yə yaxın müəllimi Bakupost.az -ın redaksiyasına gəlib.

Onlar işdən çıxarılması elan olunan müəllimlərin əvvəlcə Təhsil Nazirliyi qarşısına toplandığını, oradan polislər tərəfindən uzaqlaşdırıldırıldıqdan sonra isə redaksiyamıza üz tutduqlarını bildiriblər.

Kollecin şöbə müdiri Əfsanə Əhmədovanın sözlərinə görə, onların bütün hüquqları kobud şəkildə pozulub, hazırda çalışdıqları yerə polis gücü ilə daxil olurlar:

“Nərmin Qaralova kollecə direktor təyin olunan gündən hər kəsə qərəzli yanaşır, bütün kollektivlə, tələbələrlə kobud davranır. Kollecdə özü üçün bir dövlət qurub. Biz Prezident İlham Əliyevə, Vitse-Prezident Mehriban Əliyevaya şikayətlərimizi etmişik. Həmçinin Təhsil Nazirliyi ilə qəbullarda, görüşlərdə olmuşuq. Nazirlik isə deyir, gözləyin.

Necə gözləyək? Axı bizi işə buraxmırlar! Qapıdan içəri buraxmırlar, polisin əli ilə oraya keçirik. 5-ci bölmənin polis rəisi şəxsən bizi içəri buraxdırıb. Şöbəni təhvil alarkən 10 nəfər gəlib, otaqda üstümə hücum çəkdilər. Bütün sənədləri yığdılar. Mən isə onlardan məni çıxartmalarına aid bir sənəd, akt göstərmələrini istədim. Amma onlar heç bir sənəd vermədən, zor gücünə bütün sənədləri götürdülər”.

Digər şikayətçi müəllim Xaqani Səməd isə deyib ki, direktorun əməlləri heç bir əndazəyə sığmır. Aidiyyəti qurumlar məsələylə maraqlansa saysız-hesabsız qanun pozuntusu aşkarlayarlar:

“Əmək Məcəlləsi ilə işdən çıxarılmanı qadağan edən hallar var. Hansı ki, həmin halları bir müəllimənin üstünə tətbiq ediblər. Evdə tək işləyən, üç azyaşlı və ya öhdəliyində azyaşlı əlilliyi olan övladı olarsa, səhhətində problem varsa, müalicədə olduğu vəziyyətdə bildiriş göndərmirlər. Bütün bunlar işdən çıxarılmanı qadağan edən hallardır”.

O, direktorun indiyə kimi müəllim adına ləkə olan pozuntular törətdiyini, lakin indiyə kimi cəzalandılmadığını deyib: “Bir qalıb bizi güllələsin. Bəlkə bizi güllələsə cəzalandırılar”.

Tar müəllimi Samir Məmmədov bildirib ki, direktorun struktur dəyişikliyi adı altında apardığı “islahatlar” Heç bir məntiqə sığmır: “Birinci-Vitse Prezident Mehriban Əliyavanın təşəbbüsü, böyük dəstəyi ilə muğamımız bütün dünyada tanıdıldı və bu proses davam edir. Bizim direktor isə muğam dərslərini minimuma endirir. Mənim kimi ali təhsilli müəllimləri işdən uzaqlaşdırır. Bunun adı nədir? Bu adam nə etmək istəyir”.

Kollecdə musiqi nəzəriyyəsi fənnini tədris edən Sənəm Ramazanlı deyib ki, direktor və onun müavini müəllimlərə qarşı maddi və mənəvi terrorla məşğuldur: “Çağırırlar, adamı aşağılayan söhbətlər edirlər. Bizi bir tikə çörəklə imtaha çəkirlər. Mən bu texnikumu qırmızı diplomla oxumuşam, sonra da işləməyə başlamışam. İllərdi mənim dolanışığım, həyatım burayla bağlıdır. Himayəmdə xəstə adamlar var. Direktorumuzun etdiyi əməllər nə bir təhsil işçisinə, nə rəhbərə, nə də insanlığa yaraşır. Xahiş edirik aidiyyəti qurumlardan bizim səsimizə səs versinlər”.

Digər şikayətçi müəllim Rəhim Ağamirzəyev qeyd edib ki, hər müəllim ayrı-ayrı səbəblərdən işdən çıxarılıb:

“Kollecdə uzun illər çalışmış, əmək vermiş müəllimlər var. Onlar indi qapıdan içəri girə bilmirlər. Dərs saatı müddətli müqavilə ilə verilir. Bu onların qarşısına şərt kimi qoyulub. Əvvəlki rəhbərlikdə lazımi qədər dərs saatı var idi. Bu gün isə yoxdur. 1 il müqavilə ilə işləyən müəllim daha sonra nə etsin...!?”.

Daha ətraflı videomaterialda:




Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.

Həmçinin, qalmaqallı direktorun keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir.
Şərhlər
  • Humbet Agayev

    Salam Men Agayev Humbet Mehemmed oğlu ikinci Qarabağ muharibesi iştirakcısıyam.Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin muvafiq serencamina ile "Suqovusanin azad olunmasına gore" medali ile teltif olunmusam. Qardasim Ağayev Ceyhun Mehemmed oglu ikinci Qarabağ müharibesi qazisidir.Hal-hazırda da xidmetimi gizir kimi Suqovuşan qesebesinde davam etdirirem. 6 yaşlı qız övladım serebral iflic xestesidir.Hekimler uzun muddet ve davamli reabilitasiya kecmeli oldugunu deyirler.Hazirda onun mualicesini davam etdirmek ucun maddi imkanim yoxdur.Xalqimizdan cox xahis edirem ki,menim ovladimin mualicesine komeklik edəsiniz.Men de bir ata kimi ovladimin yerimesini,danismasini en azindan mene ata demesini esitmek isdeyirem.Muracietimi qebul etseniz cox sad olaram.Allah Sizden razı olsun. (051) 935-33-99 Kapital bank 5404 0852 3849 6006 Turana Agayeva

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar