Ru
09:42 / 22 Avqust 2019

İsmayıllıda 3 uşaq anası itkin düşüb

2949
İsmayıllıda 3 uşaq anası itkin düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.


P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər