Ru
09:38 / 19 Avqust 2019

İsmayıllıda ağır qəza - 6 yaralı

2102
İsmayıllı rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


"Toyota Prado" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri - 1965-ci il təvəllüdlü Məmmədov Ariz Arif oğlu, 1961-ci il təvəllüdlü Zülfüqarov Elşən Abdulrəhim oğlu, Bakı sakinləri - 1999-cu il yəvəllüdlü Məmmədov Əfsər Rövşən oğlu, 1998-ci il təvəllüdlü Əliyev Səfər Vasif oğlu, 1995-ci il təvəllüdlü Əsədullayev Hüseyn Zahir oğlu, Mingəçevir sakini 1985-ci il təvəllüdlü Əliyeva Vüsalə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.

(apa)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər