İsrailin XİN rəhbəri İsrail Katz ərəb həmkarını təbrik edib.
Bakupost xəbər verir ki, İsrail Katz Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifəni Qurban bayramı münasibətilə öz "Tvitter” hesabı vasitəsilə təbrik edib.
Təbrikini həm ərəb, həm də ingilis dilində yazan Katz bəhreynli nazirlə şəkillərini də paylaşıb. İsrailli nazir həmçinin Xalid bin Əhməd əl-Xəlifəni dost adlandırıb və onunla tezliklə görüşəcəyinə ümid etdiyini bildirib.
Vəsilə İbrahim
BAKUPOST