23:57 / 20 İyul 2019
İstanbul polisi 217 nəfəri saxladı
2260
İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb.
BakuPost-un Türkiyə mediasına istinadən məlumatına görə, 673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb.
Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.