Ru
14:55 / 24 İyun 2019

İstanbul Şəhər bələdiyyəsində ikinci adam kim olacaq ? - FOTO

2211
"Habertürk” ün yazarı  Fatih Altaylı İstanbul Böyükşəhər bələdiyyəsinin Baş katibliyinə gətirilə biləcək əsas namizədin adını açıqlayıb.

BakuPost Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu  ikinci əsas şəxs "Tüpraş”ın sabiq rəhbəri  Yavuz Erkutdur: "Təbii ki münəccim olmağa gərək yoxdur. İmamoğlunun ikinci adamı əlbəttə Yavuz Erkut olacaq”.



O həmçinin qeyd edib ki, İmamoğlu çox ciddi bir məsuliyyətin altına girir. O ya Türkiyədə yeni bir  siyasətin başlanğıcını yazacaq,  ya da bir siyasətçi kimi Türkiyə xalqından uzaqlaşacaq. 


"Tərəfsiz , ədalətli, hüquqa hörmət edən ,  təmiz bir " Xalq  xidmətçisi" olarsa,  partiyasının və özünü irəliyə aparar. Türkiyəni yenidən zirvələrə qaldırar.


IMM-nin Baş Katibliyinə kimi ikinci önəmli vəzifəyə isə eşitdiyim qədərilə Yavuz Erkutu gətirəcək. Fikrimcə çox doğru bir seçimdir” – deyə, o bildirib. 




Qeyd edək ki, 23 iyunda Türkiyədə təkrar bələdiyyə seçkiləri keçirilib.



Bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu 54 faiz səs toplayaraq, Binəli Yıldırıma qalib gəlib.Yıldırım isə seçkilərdə 45,1 faiz seçicinin səsini toplaya bilib.

 

Ülviyyə Mirzəyeva

 Bakupost

 

İstanbul Şəhər bələdiyyəsində ikinci adam kim olacaq ?  - FOTO
İstanbul Şəhər bələdiyyəsində ikinci adam kim olacaq ?  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər