Türkiyənin Marmara bölgəsində İstanbulun Silivri rayonuna yaxın ərazidə Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib. Yeralti təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə hiss edilib.
BakuPost-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkan yerli vaxtla 16.37-də də qeydə alınıb.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.