Ru
14:13 / 24 İyul 2023

Jurnalistika öldü, jurnalistlərə ehtiyac yoxdur - Londonda yaşayan baş redaktor - VİDEO

Jurnalistika öldü, jurnalistlərə ehtiyac yoxdur - Londonda yaşayan baş redaktor -  VİDEO
Eye

“Süni intellekt proqramları yaradıldıqdan sonra jurnalistika öldü. Bunu əminliklə deyirəm. Artıq jurnalistlərə ehtiyaс yoxdur”.


Bakupost.az xəbər verir ki, bunu Londonda yaşayan, “Avropa Times”, Avropa Agentliyi (AVA) və “Avropa” qəzetinin sahibi Vətən Öz Qazaxıstanın Konaev şəhərində keçirilmiş I Beynəlxalq Media və Turizm Forumu və “Min rəngin səması” Beynəlxalq Hava Şarları Festivalında deyib.


Onun fikrincə, inkişaf etmiş ölkələrdə artıq süni intellektdən istifadə çox sürətlə yayılır və bu proqramlar vasitəsi ilə işlər daha sürətli, həm də pulsuz başa gəlir.


Vətən Özün həmin tədbirdəki çıxışının videosunu təqdim edirik:





Qeyd edək ki, Qazaxıstanın Almatı vilayətinin Konaev şəhərində iyulun 22-23-də iki irimiqyaslı tədbir - I Beynəlxalq Media və Turizm Forumu və “Min rəngin səması” Beynəlxalq Hava Şarları Festivalı baş tutub.


Türkdilli Jurnalistlər Fondu, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf, Mədəniyyət və İdman nazirlikləri, Almatı vilayəti administrasiyasının birgə təşkil etdiyi və aparıcı media platformasına çevrilən bu tədbirlərə 16 ölkədən 200-ə yaxın jurnalist qatılıb.


Forumda Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kıdırali, Almatı vilayətinin akimi Marat Sultanqaziyev və Türkdilli Jurnalistlər Fondunun prezidenti Naziyə Joyamergenqızı salamlama nitqi ilə çıxış ediblər.









Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar