Jurnalistlərdən məcburi köçkünlərə DƏSTƏK AKSİYASI - FOTOLAR

4043
20 İyun Ümumdünya Qaçqınlar günü münasibəti ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dövlətin və ictimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək üçün "köçkünlərlə bərabərik” adlı aksiya keçirir. 
 
BakuPost xəbər verir ki, hər zaman dünyanın müxtəlif ölkələrində bu gün münasibəti ilə qaçqın və məcburi köçkünlərə xüsusi diqqət ayrılır. Bu məqsədlə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində köçkünlərlə bərabərik yazılmış çərçivələrlə çəkilmiş şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial şəbəkələrdə paylaşılır.
 
Kampaniyada ictimai xadimlər, səfirlər, mədəniyyət və incəsənət nümayəndələri, yazıçı, şair, qazı və şəhid ailələri, digər şəxslər iştirak edir. Vətəndaşlar çərçivə ilə şəkil çəkdirib #köçkünlərləbərabərik #withIDPs həştəqləri ilə sosial şəbəkələrdə paylaşmaqla aksiyaya qoşulmuş olur.

Aksiyanın növbəti mərhələsi Bakı bulvarında keçirilib. Bu dəfə aksiyada tanınmış jurnlistlər və mətbuat katibləri iştirak ediblər. Qeyd edək ki, artıq aksiyaya bir neçə nazir, nazir müavini, səfir və beynəlxaq təşkilatların rəhbərləri, o cümlədən millət vəkilləri qoşulublar. Aksiya 1 ay müddətində davam edəcək.
 

 









 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər