Ru
01:19 / 16 Dekabr 2023

Kamil Vəli Nərimanoğlu vəfat etdi

Kamil Vəli Nərimanoğlu  vəfat etdi
18743

Məşhur türkoloq alim Kamil Vəli Nərimanoğlu vəfat edib.


Bakupost.az xəbər verir ki, alim bu gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Kamil Nəriman oğlu Vəliyev 18 avqust 1946-cı ilədə Cəbrayıl rayonunda anadan olub. 11970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
K.Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Ağdəniz Universitetində professor vəzifəsində çalışıb. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq universitetinin fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olub
1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
40 elmi monoqrafik əsərin, 500-dən çox məqalənin müəllifidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar