Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:27 / 03 İyun 2020

Kamran Əliyev kürəkənini işdən çıxartdı - AÇIQLAMA

8321
Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.

"BakuPost"un əldə etdiyi məlumata görə, əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.


O.Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "BakuPost"a məlumatı təsdiqlədi.

O bildirdi ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

O.Nuriyevin yeni iş yeri barədə sorğumuza cavabında isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğuladı.

Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar