Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:08 / 17 Aprel 2023

Kardiologiya İnstitutunda nə baş verir? - Açıqlama

15430
Ötən həftə saytımızada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi ilə bağlı yazı dərc olunmuşdu.

Həmin vaxt qarşı tərəfin fikrini öyrənmək cəhdlərimiz baş tutmamışdı.


Bu gün isə İnstitutdan Bakupost.az -ın redaksiyasına məsələ ilə bağlı açıqlama göndərilib.


Qısa və ümumi xarakterli açıqlamada ayrı-ayrı qanun pozuntularına dair ittihamlara aydınlıq gətirilməyib.

Sadəcə, məqalədə yer alan ittihamların həqiqəti əks etdirmədiyi bildirilib. İnstitunun İcbari tibbi sığortaya uyğun şəkildə xidmət göstərdiyi qeyd olunub:


“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu İcbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində xidmət göstərir. Eyni zamanda, elektron məktubunuzda qeyd etdikləriniz həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalanıb. Bu fərmana əsasən, Azərbaycan Respublikasının vətəndaşları İcbari tibbi sığortanın xidmətlər zərfindən yararlanır”.






Elnur
BakuPost

Şərhlər
  • Elxan Müzəffəroğlu Məhərrəmov

    Ümumiyətcə İstəlinən Sahədə Təəcürbəli İşciləri Qorumaq Lazımdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar