Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:10 / 13 Dekabr 2020

Kəbirə Məmmədovanın ailəsində qalmaqal - Azyaşlı qızlar analarına verilmir

62690
Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmmədovanın qardaşı oğlu Meybulla Məmmədov məhkəmənin qərarına əməl etməyərək, iki ilə yaxındır ki, rəsmi boşandığı həyat yoldaşı Dilbər Məmmədovaya övladlarını qaytarmır.

Dilbər Məmmədova Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir.

Şikayətçi Dilbər Məmmədovanın verdiyi məlumata görə, keçmiş həyat yoldaşı M.Məmmədov Kəbirə Məmmədovanın və atasının statusundan istifadə edərək icra orqanlarına təzyiq edir:

“14 avqust 2019-cu ildə Məmmədov Meybulla İsbəndiyar oğlu ilə aramızda olan şiddətli məişət zorakılığı səbəbindən Binəqədi Rayon Məhkəməsində hakim F.Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə rəsmi olaraq ayrıldıq. Məhkəmədə azyaşlı uşaqlarım Yağmur və Aydanın mənim yanımda saxlanılmaqla onların 18 yaşına çatanadək hər ikisi üçün 160 AZN aliment verilməsi barədə qərar qəbul edildi. Bununla bağlı Meybulla Məmmədovun verdiyi apellyasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi oktyabrın 23-də Binəqədi Rayon Məhkəməsinin Qətnaməsini qüvvədə saxladı. Bundan sonra cavabdeh Meybulla Məmmədov Bakı Apellyasiya Məhkəməsinin sözügedən Qətnaməsindən Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmənin 2020-ci il mayın 22-də verilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi qüvvədə saxlanıldı. Ali Məhkəmənin yekun qərarının qəbul edilməsindən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq Xəzər Rayonu İcra və Probasiya Şöbəsinin əməkdaşı Yaqub Qafarov məhkəmə qətnaməsini məqsədyönlü şəkildə icra etməkdən boyun qaçırır”.

Dilbər Məmmədova onu da bildirib ki, məhkəmənin qərarına əməl edilməməsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb və ondan üzləşdiyi qanunsuzluqların aradan qaldırılması aidiyyatı üzrə müdaxilə etməsini xahiş edib.
Şərhlər
  • Vüsal Bədirzadə

    Bu dilbər kimdisə 9 ildən sora ayrılıb.əvvala Meybulla tanınmış adamın qardaşı ogludur.Tez bazar Kəbirə xanımın adı hallanır.ay millət prizdentin ailəsindədə boşanma halı yaşanır.nolsun.bir şey olmamış Kəbirə xanım belə elə.Meybullaynan gəzməyə gedendə Kəbirə xanıma məsləhət edirdin.

  • Hesenova Aygun

    Memmedova Dilber gor nece Memmedov Meybullani seviriki onun yoxlugunu unuda bilmir ve bu qalmaqalara el Atir men bildiyime gore.Menim melumatima gore Meybulla,Memmedova Dilberi hec vaxt sevmiyib reyting xatirine bilmir nelere yol atir heyatda bele seyler cox olur!Onuda xatirladimki bele pulnan yazilan sozder cox olur oturub bunlari derd elemek lazim deyil hamsi bosh seylerdi!!!

  • Yeva Memmedova

    Meshur mugenni Nizami Ismayilovun ailesinde qalmaqal! Nevesi Memmedova Dilber Arzu qizinin ailesi dagildi! Op! Op! Op!

  • Yeva Aliyeva

    Taninmis mugenni Nizami Ismayilovun ailesinde qalmaqal.Basdan psix nevesi var dovlete satilan, pula aldanan, mosennik, paxil insan hecvaxt qabaga getmez! Allah ne geder Meybullani isteyir ki usaglari yanindadi! Meybullani tanimasamda Allah onu gor nece cox isteyir ki usaglari yanindadi. Narkomananin yaninda 9 il oturmazdi. Allah bele meslehet gorub ki usaglar atalarini cox isteyir, analarina meyliyi yoxdu! Narkoman atada usag saxlamazlar. Esiddiyime gore onlar pozgun ailedi. Qaca qaca geldiniz, sallana sallanafa getdiniz..Allah haqqi sever. It hurer karvan kecer.Bu da filmin sonu.

  • Saide Guliyeva

    Gulbahar xanım kiminse hesabına yaşamaq ve ya movcud olmaq bu o demek deyilki hemin sexs özünü varlı,dovletli hesab etmesin.Varli olmaq onemli deyil.Esas insan olmaqdır .O daki teesuffki.........

  • Nana Aliyeva

    Evvela yazan adamın görünür ki savadı yoxdur çünki psixiki durumu problem olan insana mehkemede uşaq vermezler.Bu reyle bu yazan İrade Zulfuqarova adlı xanım bildirirki özünün kifayet qeder qanunnan anlayışı yoxdur.Cunki psiki problemli anaya uşaq verilmir.Usaq Dilber Memmedova verilibsə uşaqlar demeyki Dilber sağlam xanımdır.Her halda mehkemede çalışan hakimler Ruhi xeste deyillerki psixoloji probli olan anaya uşaq versinler.Absurtdur hamısı....

  • Quliyeva Sevda

    Hamsi yalandir.Namelum kimliyi bilinmeyen yalanci mexluq ozunu Irade Zulfuqarova adi altinda teqdim edib burda yalanci melumatlar yazib.DILBER MEMMEDOVA TERBIYYELI ,Ali Savadli ev terbiyesi gormus exlaqli,psixi durumu saglam ingilis dili muellimesidir.8 il norkaman ere dozub, sonda mumkun olmadiginnan mecbur olub resmen ayrilib ve usaqlariyla birge er evini terk edib.Lakin Vijdansiz bu er Memmedov Meybulla usaglari gorus adi altinda aparib 2 il 4 aydi anaya usaq gostermir.Psixi durum Dilber de yox Dilberin kecmis erin de qaynanasinda bele bir problemler vardir esitdiyimize gore.

  • Memmedzade GuLbahar

    VAR_DOVLETE GEDENIN AXIRI BELE OLAR.

  • Yeva Veliyeva

    Не может учитель быть такой продажной,купленной и работать в школе с детьми.Такой человек,которому свойственно врать,не должен и не может работать в школе с детьми,так как она позорит высокое имя Учитьеля.И наверное она не мать потому что Мать не может говорить так о другой материал ,чье горе безмерно.

  • Aida mamadova

    Cox teessuf ki muellimə adini dashyiyirsiniz. Bir insan bu qeder Allahsız vicdansız ola bilməz. İnaeAllah ki bu ananın yasadiqlarini siz de yaşayırsınız on da başa düşürsünüz ki bir ananın fəryadına bele yalan rəy yazmaq nə deməkdir.

  • Yeva Veliyeva

    Cox teessufler olsun ki sizin Kimi vicdanin olmayan Allahini tanimayan insanlar muellim adini dasiyir. Bir insan ki ananın feryadina bele yalan ozunden uydurma rey yazıb özü o mektebde muellime olmaya-olmaya o uşağın muellimesi olmadığı halda o ananı tanımadığı halda ele bir rey yazıbsa o neinki muellime heç insan adına layiq deyil. Sizin kimi satılmış muellimler insanları aldada bilerler Allahı yox. InseAllah ki Allah her kesin cezasini vaxtında ve zamanında verecek.

  • ZuLfuqarova Irade

    Memmedva DiLber meLumatLarl hamlsl yaLandl.O qlzln pisixi qusurLara gore bowanlbLar.Men biLdiyime gore DiLberin neneside erinden bowanlb .oz anaslda erinden bowanlb ne oLdu hamlsl pisdi oLdu.duz diyibLer Anasl clxan agacLarl baLasl budag..budagclxar.bunLarln aiLesi winibubuduLar.Var..dovLete geden adamln axlrl beLe oLur.

  • Kama

    Зачем вы врёте по бойтесь Бога

  • Əntiqə Məmmədova

    Dilbər Məmmədova haqqında yazılan hər şey yalandı,2 dənə uşağını məhkəmə qərar versədəki ananındı uşaqları anaya vermirlər.lazımi orqanlara müraciət edirikki Dilbər Məmmədovaya bu işdə köməklik göstərsinlər!!!

  • Leyla

    А ты вообще своё имя правильно написала? Будучи учительницей! Для начала предъяви свои доказательства,и во вторых твоё никому не интересно.Всем известно,что в этом мире таких как ты можно подкупить,и тут возникает вопрос тебя за сколько подкупили?К твоему сожаления справедливость востаржествует в ближайщем времени.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar