Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi müraciəti əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib.
Bakupost.az -ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazidə 21 şam ağacının kəsildiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.