Ru
14:42 / 20 İyul 2019

“Keşikçi” hərbi əməliyyatı başlayır

3012


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün "Keşikçi” adlı beynəlxalq hərbi əməliyyat hazırlayır.


Bu barədə "İnterfaks” qurumun məlumatına istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, əməliyyat Hörmüz, Babülməndəb boğazları və Oman körfəzi boyu beynəlxalq sularda gərginliyin azaldılmasına və dənizdə sabitliyin təmin edilməsinə yönəlib.

Əməliyyata hazırlıq iyulun 19-da Böyük Britaniyanın "Stena Impero” tankerinin İran tərəfindən saxlanması fonunda elan edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər