Ru
18:45 / 23 Yanvar 2019

Kimlərə duzlu yemək və şoraba olmaz?

5045
 


Duzlu qidalar və şoraba çox insanların vazkeçilməz qidası olub. Həkimlər bir qrup insanlar var ki, onlara ümumiyyətlə, duzlu qidalar qadağan edilməlidir.


BakuPost xəbər verir ki, Medicina.az hansı qrup insanlara hansı səbəbdən duzlu qidaların neqativ təsir etdiyini araşdırıb.


-Artıq çəkisi olanlar, arıqlaya bilməyənlər, piylənmədən əziyyət çəkənlər – duz bədəndə mayeni tutub saxladığına görə, bu insanlarda artıq çəki problemi həll olmur, şişkinlik olur


-Yüksək təzyiqi olan xüsusən yaşlı insanlar – bədəndə artıq mayenin toplanması təzyiqi artırır


-Duzlu qidalar damarların keçiriciliyini azaldır, qan axınını pozur, ateroskleroz yaradır. Bu da xəstə, yaşlı insanlarda infarkt, insult riskini artırır


-Varikoz, venoz damar problemi olanlarda da çox duz damarları sıradan çıxarır


-Şəkər xəstəliyi olanlara – bu xəstəlik ağırlaşmaları çox olduğundan duz da bir tərəfdən bunu sürətləndirir


O ki, qaldı sutkalıq duz norması barədə fikirlərə. Əvvəllər sutkada 10 qr idisə, indi 5-6 qr-a endirilib. Bunu da nəzərə alın ki, marketlərdən aldığınız bir çox qida və ərzaqlarda da duz olduğu üçün siz duz normasını dəqiq bilməyəcəksiz. Qablaşdırılmış ərzaqların çoxunda isə duzun miqdarı göstərilmir. 


Yüksək təzyiqdə həkimlər natriy-xlor əvəzinə xlorid-kaliy istifadə etməyi məsləhət görür. Bu duz xörək duzundan heç nə ilə fərqlənmir, amma orqanizmdə mayeni tutub saxlamır. 


Xörək duzuna digər alternativ də dəniz duzudur. Bu duzu da çəkinmədən alıb istifadə edə bilərsiz. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər