Ru
15:03 / 23 Avqust 2019

Kişinin ağciyərindən mismar çıxarıldı - FOTO

3790
Kişinin ağciyərindən mismar çıxarılıb.


Bakupost xəbər verir ki, hadisə Türkiyənin Elazığ şəhərində baş verib. Keko Ateş adlı bir şəxs öskürək və nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində Ateşin nəfəs borusundan sağ ağciyərinə doğru irəliləmiş mismar olduğu ortaya çıxıb. Xəstə əməliyyat olunub və 10 sm-lik mismar ağciyərdən çıxarılıb. Mismarın ağciyərə necə gedib çıxması barədə açıqlama verən həkim bildirib ki, xəstə 24 il əvvəl qırtlaq xərçəngi səbəbilə əməliyyat olunub. Əməliyyat zamanı boynundan nəfəs borusuna doğru açılmış hissəni təmizləmək üçün mismardan istifadə edib. Ehtiyyatsızlıq nəticəsində mismar nəfəs borusuna düşüb ordan da sağ ağciyərə doğru irəliləyib.

 

Vəsilə İbrahim

BAKUPOST

 

Kişinin ağciyərindən mismar çıxarıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər