20:21 / 16 İyul 2019
Kristin Laqard istefa verdi
1747
Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard istefa verib.
BakuPost-un TASS-a istinadən məlumatına görə, onun istefa verməsinin səbəbi Avropa Mərkəzi Bankının direktorluğuna namizədliyini irəli sürməsidir.
Qeyd edək ki, K.Laqard BVF-in baş direktoru vəzifəsini hələ sentyabrın 12-dək icra edəcək.