Ru
13:49 / 18 İyul 2019

Küçədə adam bıçaqlayan mühafizəçi Ali məhkəməyə müraciət etdi

1456
 

"Riyad" Mühafizə Şirkətinin Bakıda gecə klubunda adam bıçaqlamaqda təqsirləndirilən əməkdaşı Muraz Məmmədov Ali Məhkəməyə müraciət edib.

 

Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyib.


Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib. Məhkəmə yaxın günlərdə təyin ediləcək. 


İttihama görə, ötən il Muraz Məmmədov Bakıda "Leo disko" gecə klubunda Hüseyn Hüseynovla mübahisə edib. Orada M. Məmmədov H. Hüseynovu döyüb. Bununla da hirsi soyumayan mühafizəçi bir müddət sonra  H. Hüseynov küçədə görüb və onu bıçaqlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər