Levan İzoria: "Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir"

296
"Zakir Həsənov və Hülusi Akarla regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.

 Gürcüstanın Müdafiə naziri Levan İzoriya Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri hulusi Akarla üçtərəfli görüşdən sonra keçirilən brifinqdə deyib.  

Gürcü nazir görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenliyini beynəlxalq hüquq çərçivəsində tanıdıqlarını bir daha təsdiq etdiklərini bilıdirib: "Gürcüstanın qəti mövqeyini bir daha təsdiq edirəm ki, ölkəm Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bizim strateji tərəfdaşlığımızın əsas amillərindən biri odur ki, müştərək təlimlər həyata keçiririk. Bu da bizim əməkdaşlığımızın inkişafında öz töhfələrini verir. Biz bu gün qərar verdik ki, Gürcüstan tərəfi gələcəkdə də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq. Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə təşəkkür edirəm ki, NATO-nun himayəsi altında Gürcüstanda keçirilən çoxmillətli beynəlxalq təlimlərə qoşulmaqla, öz dəstəklərini əsirgəmirlər. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir. Bu səviyyədə məhsuldar əməkdaşlıq etdikləri üçün Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə bir daha təşəkkür edirəm". (apa)



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər