Ru
12:32 / 12 Yanvar 2019

Lider TV cərimələndi - Məhkəmə qərarı

3736

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb. 


BakuPost-un məlumatıma görə, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan "Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib və bununla "Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Lider TV və Radio Azərbaycan”  MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.


Azər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər