Lider TV-nin departament rəhbəri işdən çıxdı

668
Lider televiziyasının xəbərlər departamentinin rəhbəri Anar Şükürov işdən ayrılıb.

BakuPost-un əldə etdiyi məlumata görə, o, işdən öz ərizəsi ilə çıxıb.

A. Şükürovu hələ ki, TV-nin sosial redaksiyasının rəhbəri Aynur Vəliqızı əvəz edir.

Qeyd edək ki, Anar Şükürov Lider televiziyasının qocaman əməkdaşlarındandır. O, 18 ilə yaxın TV-nin xəbərlər departamentində çalışıb. Departament rəhbəri olmamışdan əvvəl əsasən kriminal sahəni işıqlandırıb. Ondan əvvəl departamentin rəhbəri tanınmış teleaparıcı İlham Abdulov idi.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər