Ru
22:24 / 19 Avqust 2019

Ölkəyə gizli yolla 74 500 ədəd aksiz markası gətirən tutuldu

2270
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən BakuPost-a verilən məlumata görə, sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub. Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 500 ədəd aksiz markası aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər