Ölmüş şəxslərin ekshumasiyasına 4 halda icazə veriləcək - Prosedur müəyyənləşdi

408
Ölmüş şəxslərin ekshumasiyasın müəyyənləşib. 

BakuPost-un məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb. 

Ekshumasiya Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılması;

Ölmüş şəxsin prosessual ekshumasiyası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçiriləcək.  Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol veriləcək:

-  "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Elm haqqında” qanunlara uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı;

- bu Qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı;

- "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə "Şəhid” adı verildikdən sonra onun Şəhidlər  xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda;

- ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə.

Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 ildən, qumlu quru qrunt ərazidə isə 1 ildən tez olmayaraq icazə verilir.  Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir. Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda, bu Qaydalarla müəyyən edilmiş tələblər gözlənilməlidir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər