Ru
09:00 / 16 İyul 2019

“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir

3171
Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.


Bu barədə Basman rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.


Qeyd edilir ki, "Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.


Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.


Xatırladaq ki, bir müddət əvvəl "Ura.ru” portalı "Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada "Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı. 

(qafqazinfo)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər