Ru
00:27 / 12 İyul 2019

Marneuliyə güclü dolu yağdı

2426
Aramsız yağışlar, dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub. BakuPost  "Azərtac"a  istinadən xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib. Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektrik xətlərini zədələməsi ilə nəticələnib. Təbii fəlakətin rayonuna vurduğu zərərin həcmi hesablanır. Marneulinin meri Zaur Darğallı bildirib ki, təbii fəlakətdən ziyan çəkən təsərrüfat sahiblərinə kompensasiya verilməsi nəzərdən keçirilir. Dam örtüyü uçmuş evlərin sahiblərinə yardım göstəriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər