Ru
21:16 / 19 Avqust 2019

Masallıda 11 gün əvvəl toyu olan gənc boğuldu - FOTO

2253
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib. BakuPost-un  "Report"a istinadən  məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.

 

Masallıda 11 gün əvvəl toyu olan gənc boğuldu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər