Ru
16:58 / 20 İyul 2023

Nazir müavininin qayınanasına vəzifə verildi - Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal

Nazir müavininin qayınanasına vəzifə verildi - Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal
12872

Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirilib.


Bakupost.az xəbər verir ki, seçki zamanı Mədəniyyət naziri müavininin qaynanasının İctimai Şuraya seçilməsi ciddi narazılığa səbəb olub.


Narazılardan biri olan jurnalist Xanoğlan Əhmədov məsələ ilə bağlı sosial şəbəkədə bunları yazıb:


"Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu başa çatdı. Öncə, seçilənləri təbrik edib keçirəm mətləbə. Hörmətli Mədəniyyət naziri, əgər bu seçkidə sonda sizin "dobro" verdiyiniz siyahı keçəcəkdisə, digər namizədlərə bunca stress yaşatmağa nə ehtiyac vardı? Yaxud müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı? Yaxud İctimai Şuranın gələcək sədri olacaq (dəqiq məlumatdır) Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2016–2022), 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edən hörmətli professor Nizami Cəfərov bu qədər vəzifələri icra etmək üçün vaxt tapa biləcək? Cənab nazir, heç olmasa, 2-3 nəfərin sizin siyahıdan kənar seçilməsini özünüzə rəva bilmədiniz? Hələlik, bu qədər. Mövzuya yenidən qayıdacam".


Bəs, İctimai Şuraya seçilən qayınana kimdir?


Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu şəxs Bəyimxanım Verdiyevadır. Onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.

Qeyd edük ki, B.Verdiyeva bundan əvvəl Mədəniyyət Nazirliyi yanında İctima Şuranın katibi olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək istəsək də, mətbuat xidmətinə zənglərimiz cavabsız qaldı.

Zaur
BakuPost

Şərhlər
  • Müsabir

    Bura Azərbaycan deyilir.Rüşvət,korrupsiya leqallaşan məmləkət!Kadrlar qatışıq milli,düşmənlərin ad soyadını dəyişib vəzfələrdə yerləşdirib Azərbaycanlı xalqa divan tutdurulan məmləkət!Bunuların öhdəsindən UCA ALLAH gəlsin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar