"Megafun"dakı partlayışda 10 nəfər xəsarət aldı - RƏSMİ, YENİLƏNİB

13425
<"Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb. Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.div>
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

FHN-in mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın hadisəsi baş verməyib.

Xəsarət alan 8 nəfərə (3-ü uşaq) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 
 
 ***
 
"Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu BakuPost.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi polis-mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər