Ru
12:29 / 21 Avqust 2019

Mehriban Əliyeva pilotumuzun vida mərasiminə əklil göndərdi - FOTO

4811
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.


Bakupost APA-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.


Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.


Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Mehriban Əliyeva pilotumuzun vida mərasiminə əklil göndərdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər