Ru
15:50 / 18 Avqust 2019

Mehriban Əliyeva şəhidlərin xatirəsini yad edib

3039
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ali Hərbi Məktəbin bir qrup məzunu ilə şəhidlərin əziz xatirəsini yad edib.

 

 

BakuPost xəbər verir ki, bu barədə məlumat Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb.

 

 

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!", - deyə paylaşımda Birinci vitse-prezidentin fikirləri qeyd olunub.

 

Mehriban Əliyeva şəhidlərin xatirəsini yad edib
Mehriban Əliyeva şəhidlərin xatirəsini yad edib
Mehriban Əliyeva şəhidlərin xatirəsini yad edib
Mehriban Əliyeva şəhidlərin xatirəsini yad edib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər